“Aciz qalan Ermənistan feyk xəbərlər yayır”

"Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərindən, həmçinin Tərtər, Goranboy, Ağcəbədi daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi atıcı silahla, top, minatanlarla atəşə tutub. Əsasən Ağdərə və Xocavənd istiqamətində davam edən döyüşlərdə Zəngilan istiqamətində diversiya cəhdlərinin qarşısı qətiyyətlə alınıb".

Leqal.info xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər istiqamətində Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturunun dağıdılıb:

"Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu əks-hücum əməliyyatı qarşısında aciz qalan Ermənistan feyk xəbərlər yayır. Azərbaycan Ordusu dəqiq zərbələrlə yalnız legitim hərbi hədəfləri məhv edir və bu, aydın çəkilən görüntülərdə də əksini tapıb".скачать dle 10.6фильмы бесплатно
5-11-2020, 22:48
Baxıs: 41 414
Reyting: