allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Onlar burada doğurlar və…” – Trampdan ŞOK SÖZLƏR » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Onlar burada doğurlar və…” – Trampdan ŞOK SÖZLƏR

“Onlar burada doğurlar və…” – Trampdan ŞOK SÖZLƏR ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların ABŞ ərazisində doğulan uşaqlarına vətəndaşlığın verilməsini ləğv etmək niyyətindədir.
Bu haqda "Axios” nəşri bildirib.
"Biz dünyada tək ölkəyik ki, insanlar gəlir, uşaq doğur və bu uşaq bütün üstünlüklərlə Birləşmiş Ştatların vətəndaşı olur. Bu, mənasızdır, buna son qoymaq lazımdır”, - nəşr prezidentin sözlərini sitat gətirib.
Xatırladaq ki, ABŞ administrasiyası sentyabrda "yaşıl kart”ın verilməsi qaydalarının sərtləşdirilməsi üzrə təşəbbüs hazırlayıb.
Həmçinin, Tramp avqustda ABŞ-ın miqrasiya qanunvericiliyini dünyada "ən axmaq” adlandırıb. Onun fikrincə, qeyri-leqal miqrantları çoxillik hüquqi təhqiqatlarından sonra deyil, təcili göndərmək lazımdır.
15:47
Baxıs: 9200
Reyting: