allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info İran Ermənistana nəfəslik açdı: Rusiyaya zərbə... – Politoloq » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

İran Ermənistana nəfəslik açdı: Rusiyaya zərbə... – Politoloq

İran Ermənistana nəfəslik açdı: Rusiyaya zərbə... – Politoloq


Qonşumuz İran növbəti dəfə Ermənistana yeni nəfəslik açdı. Bunun nəticəsində də Ermənistanın manevr imkanları genişləndi.

Bu sözləri Arazxeber.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistan müxtəlif mənbələrdən qaz almağa başlayıb:

“Bu günlərdə İrandan Ermənistana çəkilən yeni qaz kəmərinin quraşdırılması işi yekunlaşıb. Artıq bu ikinci İran-Ermənistan qaz kəməri xəttidir. Demək olar ki, kifayət qədər ucuz qiymətə İran Ermənistana qaz satır. Bu isə Ermənistanın manevr imkanlarını müəyyən qədər artırır.

Üstəlik, “məxməri inqilab”dan sonra Rusiya dünyada ən ucuz qazı Ermənistana satdıqları ilə bağlı açıqlama vermişdi. Hətta Rusiyadan ilin sonlarında qaz qiymətlərində dəyişiklik edəcəkləri ilə bağlı eyham vurulmuşdu. Doğrudan da bu gün Rusiyanın Ermənistana satdığı qaz onun digər ölkələrə satdığı qazdan az qala iki dəfə ucuzdur. Bu nöqteyi-nəzərdən Paşinyanın Energetika naziri Qaregin Baqramyana qısa zaman ərzində Rusiyadan alınan qazın qiymətləndirilməsinin analizini başa çatdırması və yeni qiymətin müəyyənləşdirilməsiylə bağlı təkliflər paketi təqdim etməsi tapşırığı nəbz yoxlaması kimi də dəyərləndirilə bilər. Çünki Paşinyan hökuməti, Ermənistan tərəfi Rusiyanın əsas niyyətlərini başa düşmək istəyir”.

Politoloq vurğulayıb ki, Ermənistan İranla, xüsusilə, qaz təminatı ilə bağlı münasibətləri daha da dərinləşdirmək niyyətindədir:

“Düşünürəm ki, İranın Ermənistana qaz satması Rusiyanın işini çətinləşdirib. Rusiya qazın qiymətlərini qaldırmaq haqqında çox güman düşünməyəcək. Yəni yenə də Rusiya qaz qiymətlərində Ermənistana güzəştə getmək məcburiyyətində qalacaq. Beləliklə, Ermənistan həm İrandan, həm də Rusiyadan ucuz qiymətə qaz almağa başlayacaq. Amma İran qazı Rusiya qazına nisbətən daha ucuz olacaq”.

Qeyd edək ki, İran Ermənistana çəkilən ikinci qaz kəmərinin quraşdırılması işlərini yekunlaşdırıb. Bunun ardınca isə Ermənistan Baş naziri Nikol Paşinyan Energetika naziri Qaregin Baqramyana qısa zaman ərzində Rusiyadan alınan qazın qiymətləndirilməsinin analizini başa çatdırması və yeni qiymətin müəyyənləşdirilməsiylə bağlı təkliflər paketi təqdim etməsi ilə bağlı tapşırıq verib.
15:42
Baxıs: 11600
Reyting: