allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Sərkisyanın generalları cəbhədə təxribat yaradarsa... – Şərh » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Sərkisyanın generalları cəbhədə təxribat yaradarsa... – Şərh

Sərkisyanın generalları cəbhədə təxribat yaradarsa... – Şərh

Paşinyan hökuməti hazırda hər hansı bir gözlənilməyən hərbi çevriliş cəhdinin baş verməsi ehtimalından çox narahatdır.

Arazxeber.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri liderlərinin sammitinin keçirildiyi Düşənbə şəhərində ayaqüstü söhbət zamanı təmas xəttində insidentlərin qarşısının alınması üçün addımların atılması ilə bağlı razılıq əldə edib:

“Həmin razılığa əsasən, Paşinyanın göstərişi ilə Ermənistan Müdafiə naziri David Tonoyan 6 oktyabr tarixində işğal altında olan Azərbaycan torpaqlarına getmədən əvvəl Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan istiqamətində yerləşən hərbi birlikləri təftiş edib. Paşinyanın Tonoyanı Naxçıvan istiqamətinə göndərməsində əsas səbəb Azərbaycan-Ermənistan sərhədində və işğal altında olan bölgələrdə Ermənistan ordusunun tez-tez atəşkəsi pozması narahatlığından irəli gəlir”.

Analitik qeyd edib ki, Paşinyanı narahat edən ən ciddi məsələlərdən biri də ordu daxilində Serj Sərkisyanın adamlarının bilərək atəşkəs rejimini pozması və onu çıxılmaz vəziyyətə salması ehtimalıdır:

“Tonoyanın işğal altında Azərbaycan torpaqlarına səfəri orada mövcud olan hərbi hissələrin Paşinyan hökumətinə sadiq qalmalarını təmin etmək məqsədi güdür”.

Analitik vurğulayıb ki, Düşənbədə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə atəşkəsin təmin olunmasına razılıq verməsi Azərbaycan dövlətinin düşmənə növbəti güzəşti kimi dəyərləndirilməlidir:

“Ancaq atəşkəs ona görə təmin olunur ki, tərəflər münaqişənin tənzimlənməsi istiqamətində daha effektiv addımlar ata bilsinlər. Ermənistan rəhbərliyi bu məsuliyyəti də üzərinə aldığını unutmamalıdır”.
12:13
Baxıs: 12160
Reyting:
  
Şərh 1