Seninem.Az > Aktual / Manşet Yuxarı > Milli Məclisdə COVID-19-la bağlı dinləmə keçiriləcək, TƏBİB rəhbərliyi parlamentə dəvət olunacaq

Milli Məclisdə COVID-19-la bağlı dinləmə keçiriləcək, TƏBİB rəhbərliyi parlamentə dəvət olunacaq


Tarix: 8-09-2021, 13:48. Müəllif: admin
Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək: “TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt