Seninem.Az > Gündəm / Manşet Yuxarı > Bu il yol qəzalarında 290 nəfər həlak olub, 698 nəfər yaralanıb

Bu il yol qəzalarında 290 nəfər həlak olub, 698 nəfər yaralanıb


Tarix: 9-08-2021, 18:21. Müəllif: admin
Azərbaycanda 2021-ci ilin yanvar-iyun aylarında 756 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Leqal.info-ya Dövlət Statistika Komitəsindən bildirilib.

Həmin hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 3,7 faiz azalaraq 988 nəfər olub. Onlardan 290-ı həlak olub, 698-i isə yaralanıb. Hadisələrin 43,5 faizi gündüz, 38,1 faizi gecə, 18,4 faizi isə toran vaxtı baş verib, 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 87,2 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 14,5 faiz azalaraq 213 nəfər, yaralananların sayı 0,8 faiz azalaraq 645 nəfər olub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt