Seninem.Az > Kriminal / Manşet Yuxarı > Qubada iki uşağı elektrik cərəyanı vurub, ölən var

Qubada iki uşağı elektrik cərəyanı vurub, ölən var


Tarix: 14-06-2021, 10:30. Müəllif: admin
Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər - 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.

Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt