Seninem.Az > Aktual / Manşet Yuxarı > "Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq

"Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq


Tarix: 20-05-2021, 15:30. Müəllif: admin
Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu Leqal.info-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt