Azərbaycan Boks Federasiyasının prezidentliyinə namizədi bəlli olub

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Leqal.info-nun məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.скачать dle 10.6фильмы бесплатно
9-02-2022, 11:00
Baxıs: 31 199
Reyting: