Rusiyada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb

İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfərin meyitlərinin qalıqları tapılıb.



Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib.

Təyyarənin göyərtəsindəki daha 3 nəfərin taleyi hələlik naməlumdur.

17:00
İrkutskda “An-12” yük təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təcili xidmətdən bildirilib.

Təyyarənin göyərtəsindəki daha 5 nəfərin taleyi hələlik naməlumdur.

16:39
Rusiyanın İrkutsk vilayəti yaxınlığında göyərtəsində 8 nəfər olan “An-12” təyyarəsi qəzaya uğrayıb.

Leal.info TASS-a istinadən xəbər verir ki, məlumatı Sibir Avia-axtarış xilasetmə mərkəzi yayıb.

Qeyd olunub ki, təyyarə İrkutsk şəhərindən 7 kilometr aralıda yerləşən Povovarixa yaşayış məntəqəsində qəzaya düşüb.

Bildirilib ki, təyyarə Yakutskdan İrkutska uçurmuş.

Rusiya Fövqəladə Hallar Nazirliyi təyyarənin qalıqlarının tapılmasını təsdiqləməyib.

Hadisə yerinə xilasedicilər göndərilib.скачать dle 10.6фильмы бесплатно
3-11-2021, 18:19
Baxıs: 47 474
Reyting: