Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bu barədə Leqal.info-ya Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər vəziyyətini sabit qiymətləndirirlər".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.скачать dle 10.6фильмы бесплатно
11-10-2021, 15:00
Baxıs: 21 143
Reyting: