Ağdərədə saxlanılan azərbaycanlı hərbçi geri qaytarılıb

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev geri qaytarılıb.

Bu barədə Leqal.info-ya Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakıya qaytarılıb.

İki erməni əsir isə Ermənistana təhvil verilib. Bu ermənilərə qarşı Azərbaycanda heç bir cinayət işi açılmamışdı. Onlar azaraq Azərbaycan ərazisinə keçmişdilər.скачать dle 10.6фильмы бесплатно
7-09-2021, 22:13
Baxıs: 38 950
Reyting: