Azərbaycanın QHT rəhbərləri Ağdamdadır

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədirlər.

“Report”un Qarabağ bürosunun səfərdə iştirak edən əməkdaşı xəbər verir ki, onları QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun böyük məsləhətçisi, Agentliyin sədr müavini Vüsal Quliyev müşayiət edirlər.

Nümayəndə heyəti Ağdamda ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.скачать dle 10.6фильмы бесплатно
16-08-2021, 14:00
Baxıs: 25 396
Reyting: