allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI

Karantinin yumşalmasından sonra insanlar işə niyə uyğunlaşa bilmirlər? – Psixoloq AÇIQLADI Operativ Qərargah tərəfindən mayın 1-də əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.Mayın 4-dən isə ölkədə bir sıra əhəmiyyət kəs edən iş yerləri fəaliyyətlərini bərpa edib və işçilər yenidən normal iş həyatına qayıdıb.
İş adamlarının bəzilərinin evdən işləməsi, əksəriyyətinin isə fəaliyyətlərinin uzun müddət dayanması onları yenidən işə başladıqları zaman bir çox çətinliklərlə qarşı-qarşıya qoyur.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən psixoloq Vəfa Əkbərin fikrincə bu, insanların karantin dövründə özlərinə bir sıra məşğuliyyətləri tapması və yenidən işə qayıtdıqları zaman adaptasiya ola bilməməkləri kimi səbəblərdən qaynaqlanır:
"Karantinin uzun müddət davam etməsi insanların gündəlik həyat tərzinə çevrilib. Beləliklə, onlar evdə qaldığı müddət ərzində ev şəraitinə adaptasiya olunurlar. Evdə uşaqlar özlərinə müəyyən əyləncə növü tapır və böyüklər, yaşlı insanlar da günlərini maraqlı etmək üçün hər hansısa bir məşğuliyyət növü ilə günlərini başa vururlar. Müəyyən dərəcədə dərsləri həmişə çox olan və onlarla məşğul olan, eyni zamanda daimi ünsiyyətdə olan yeniyetmələr və gənclər var ki, onlar karantin günlərində mobil telefon, kompüter və televizor qarşısında artıq özləri üçün oyunlar və əyləncə növləri tapıblar. Beləliklə, həmin şəxslərin işə, məktəbə və cəmiyyətə yenidən dezadaptasiya prosesi başlayacaq. Bununla da təbii olaraq insanların real mühitə uyğunlaşması çətin formada gedəcək. Çünki izolyasiya olunanda da eyni çətinliklər var idi”.
Psixoloq hesab edir ki, həmin şəxslər iş fəaliyyətlərinə yenidən başladıqları zaman ruhdan düşmə, əzginlik, yuxusuzluq və ya tez acma kimi hisslərlə qarşılaşmamaları üçün artıq indidən özlərini iş mühitinə adaptasiya etməlidirlər.
Vəfa Əkbər tövsiyə edir ki, digər insanların da bu kimi hallarla qarşılaşmaması üçün onlar özlərini əvvəlki qrafikə uyğunlaşdırmağa çalışsınlar və dostları ilə virtual olsa belə vaxt keçirsinlər:
"Həmin insanlara elə bu gündən başlayaraq zaman-zaman özlərini adaptasiya etməyə başlamağı tövsiyə edirəm. Əvvəlki qrafikə alışmağa, uyğunlaşmağa çalışsınlar. Səhər erkən durmağa axşam isə tez yatmağa çalışsınlar. Əgər məktəblilər gün ərzindəki 6 saat dərsə gedib gəlirdilərsə onun gəlib evdə 3 saatını hazırlaşırdılarsa, onlayn dərslərdən sonra kitab-dəftəri örtüb daha çox özlərinə vaxt sərf etsinlər. İş adamları isə iş qrafiki onlardan nə qədər zaman alırdısa ən azından o qrafikə özlərini alışdırsınlar. Çalısınlar ki, maksimum dərəcədə hazırda ev əyləncələri, evdə maraqlandığı işlər və yenidən əldə etdikləri davranışları gözdən keçirsinlər. Əvvəl necə ki, sosial çevrə və sosial ünsiyyətləri var idi, artıq buna yenidən adaptasiya olunsunlar. Dostları ilə canlı görüşməsələr belə bunu onlayn etsinlər. Virtual şəkildə dostları ilə əlaqə qurub danışaraq nələrisə müzakirə etsinlər”.
Psixoloq əlavə edib ki, bütün bu proseslər onlar üçün bir müddət çətinlik yaratsa da sonradan mühitə uyğunlaşacaqlar: "Düşünürəm ki, anidən karantin müddəti bitməyəcək. Zaman-zaman buna vaxt veriləcək və tədricən olacaq. O zamandan səmərəli istifadə etməyi bacaranlar sonradan artıq işdə böyük psixoloji problemlərlə üzləşməyəcəklər”.
07:47
Baxıs: 2320
Reyting: