allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Ceyhun Bayramov: Tələbələrin 75 faizi onlayn təhsilə qoşulub » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Ceyhun Bayramov: Tələbələrin 75 faizi onlayn təhsilə qoşulub

Ceyhun Bayramov: Tələbələrin 75 faizi onlayn təhsilə qoşulub "Ali təhsil müəssisələrində 176 min tələbə təhsil alır. Onların 75 faizi onlayn dərslərə qoşulub”.
Bu sözləri mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, 40 min nəfərə yaxın tələbənin sonuncu tədris ilidir: "Onlar istehsalat təcrübəsində olduğundan bir çoxunun onlayn tədrisə qoşulması vacib olmayıb. Ali təhsil müəssisələri qısa müddətdə çevik reaksiya verərək onlayn sistemləri işə salıb”.
Nazir deyib ki, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. Eyni zamanda hərbi çağırış dövrü nəzərə alınaraq, buraxılış kurslarında təhsil alan oğlan tələbələrin yekun attestasiyasının akademik təqvimdə nəzərdə tutulmuş müddətdə bitməsi planlaşdırılır.
15:56
Baxıs: 39280
Reyting: