Rektor: "ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik"

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndində işləyib. Şuşa işğal edildikdən sonra kollektiv qısa müddətlik Gəncədə, sonradan isə Ağcabədidə yerləşib. İstəyirik ki, həmin filialı yenidən Şuşaya köçürək".

Leqal.info xəbər verir ki, bunu universitetin rektoru Cəfər Cəfərov deyib.

Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" üzrə Milli Prioritetinin həyata keçirilməsi məqsədilə yaradılan "Təhsil" üzrə alt İşçi Qrupuna təkliflər verilib.скачать dle 10.6фильмы бесплатно
11-06-2021, 16:20
Baxıs: 31 842
Reyting: