Abid Şərifov nəvəsinin tikdirdiyi hoteldən danışdı

Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudovun Şəkidə hotel kompleksi tikməsi ilə bağlı məlumat yayılıb.

Leqal.info xəbər verir ki, Unikal.org-a açıqlama verən Abid Şərifov faktı təsdiqləyib.

O bildirib ki, Şəki şəhər İcra Hakimiyyəti tərəfindən istismara verilən “Şəki Park” oteli nəvəsinə məxsusdur: “Nicat mənim qızımın oğludur. Şəkidə tikinti edib. Amma ona hotel demək olmaz. Üç mərtəbəli yataqxana tipli bir yerdir. Yazıldığı qədər böyük bir kompleks deyil. Bunu böyütmək nəyə lazımdır?”

Qeyd edək ki, “Şəki Park” hoteli dörd mərtəbəli binadan və ümumi sahəsi 5200 kvadrat metrdən çox olan 1, 2 və 3 otaqlı koteclərdən ibarətdir. Burada qapalı və açıq restoranlar, voleybol meydançası, tennis kortu, açıq hovuz və bir çox digər istirahət obyektləri var.скачать dle 10.6фильмы бесплатно
10-02-2021, 19:33
Baxıs: 45 189
Reyting: