Rusiya FHN Ağdamı minalardan təmizləyəcək

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Ağdam rayonunda minalardan təmizlənmə işləri həyata keçiriləcək.

Leqal.info "TASS"a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti bildirib.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi xilasedicilərlə birlikdə Dağlıq Qarabağdakı ərazilərin minalardan təmizlənməsi üzrə tapşırıqları yerinə yetirmək üçün 4 yanvarda Azərbaycan Respublikasına uçub. Humanitar missiya çərçivəsində partlayıcı qurğular üzrə mütəxəssislər Ağdam bölgəsində işləyəcək", - nazirliyin məlumatında deyilir.скачать dle 10.6фильмы бесплатно
4-01-2021, 17:18
Baxıs: 23 354
Reyting: