Rusiya Qarabağda daha 5 humanitar mərkəz yaratdı

Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqunun göstərişinə əsasən, Dağlıq Qarabağda sülhməramlı əməliyyatların aparılması üçün daha 5 humanitar mərkəz yaradılıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunlar Minalardan Təmizləmə, Qarşıduran tərəfləri barışdırma, Nəqliyyat Təminatı, Tibbi Təminat və Ticarət-Məişət Təminatı mərkəzləridir.

Qeyd edək ki, bu mərkəzlər Dağlıq Qarabağda humanitar xarakterli məsələlərin kompleks həlli üçün, humanitar reaksiya idarələrarası mərkəzin bir hissəsi olaraq yaradılıb.скачать dle 10.6фильмы бесплатно
19-11-2020, 20:38
Baxıs: 42 407
Reyting: