Ermənistanda müxalifət rəhbəri saxlanıldı

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Tsarukyan saxlanılıb.

Leqal.info-nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Bu barədə partiyanın mətbuat katibi İveta Tonoyan ölkədə 17 müxalif siyasi qüvvənin mitinqi başlamazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib:

“Hakimiyyət qorxu və əskiklik kompleksini aradan qaldırmaq əvəzinə bir daha Tsarukyanı tutur. Hamı yaxşı başa düşür ki, bu sənədin imzalanmasından sonra (Qarabağla bağlı üçtərəfli bəyanat - red.) məsuliyyəti başqalarına yükləməyə çalışır”.

Tonoyan Ermənistan rəhbərliyinin siyasi repressiya yoluna üz tutduğunu qeyd edib.скачать dle 10.6фильмы бесплатно
11-11-2020, 17:48
Baxıs: 13 216
Reyting: