Putindən tarixi bəyanatla bağlı açıqlama

“Qarabağda baş verənlər həqiqətən böyük bir faciədir. Ümid edirəm ki, atılan addımlar sülhü təmin edəcək”.

Leqal.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Dövlət Başçıları Şurasının iclasında deyib.

“Böyük məmnuniyyətlə ortaya çıxan uzlaşmanı və qan tökülməsini dayandırmaq üçün əldə olunmuş razılaşmaları qeyd etmək istəyirəm”, -deyə Putin bildirib.

O, son zamanlarda atılan bütün addımlarla Azərbaycan və Ermənistan xalqlarının rifahı naminə uzunmüddətli bir sülhün bərqərar olacağına ümid etdiyini sözlərinə əlavə edib.скачать dle 10.6фильмы бесплатно
10-11-2020, 18:31
Baxıs: 19 466
Reyting: