Seninem.Az > Aktual / Manşet Yuxarı > Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb

Anım Günü ilə bağlı hərbi gəmilərdən yaylım atəşləri açılıb


Tarix: 27-09-2021, 13:00. Müəllif: admin
Ötən ilin 27 sentyabrından başlayan və Ordumuzun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə bağlı anım tədbirləri keçirilir.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Anım Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilib.

Şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt