Seninem.Az > Aktual / Manşet Yuxarı > Siniflərdə partaların bir-birindən 1,5 metr aralıda düzülməsi tələbi ləğv edilib

Siniflərdə partaların bir-birindən 1,5 metr aralıda düzülməsi tələbi ləğv edilib


Tarix: 22-09-2021, 13:26. Müəllif: admin
Tədris (sinif) otağına və müəllim otağına dair tələblərdən biri ləğv edilib.

Leqal.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli 12 nömrəli qərarının ləğv edilməsi haqqında qərarda əksini tapıb.

Qərara dəyişikliklə, partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsinin təmin edilməsi tələbi aradan qaldırılıb. Yeni qaydaya əsasən isə dərs (məşğələ) müddətində təhsil alan onun üçün müəyyənləşdirilmiş yerdə oturmayacaq.

Digər bir dəyişikliklə yataqxanada çarpayıların ən azı 1,5 metr məsafə ilə yerləşdirilməsi tələbi ləğv edilib.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt