Seninem.Az > Sosial / Manşet Yuxarı > Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötüb
Azərbaycanda COVID-19-dan sağalanların sayı yoluxmanı ötübTarix: 7-09-2021, 22:09. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, bu günə qədər isə ümumilikdə 4 578 600 test aparılıb. Geri Qayıt |