Azərbaycanda daha 2 420 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 420 yeni yoluxma faktı qeydə alınıb, 1 358 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
28-10-2021, 20:09
Baxıs: 38 686
Reyting: