Azərbaycanda son gündə 32 nəfər koronavirusdan vəfat edib, 2 945 nəfər yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib. 42 301 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, bu günə qədər isə ümumilikdə 4 329 920 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
23-08-2021, 21:00
Baxıs: 21 772
Reyting: