Zakir Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri “İDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Səfər çərçivəsində Müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.скачать dle 10.6фильмы бесплатно
16-08-2021, 12:30
Baxıs: 25 437
Reyting: