Putinlə Baydenin müzakirə etdiyi məsələlər açıqlanıb

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.

Leqal.info xarici mətbuata istinadən xəbər verir ki, dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.

Ağ Evin yaydığı açıqlamada deyilir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.

"ABŞ və müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcəklər", - Ağ Evin məlumatında deyilir.

Qeyd edək ki, danışıqlar iki saat davam edib və qapalı şəraitdə baş tutub.

Bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

21:18
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb

Leqal.info TASS-a istinadən xəbər verir ki, danışıqlar iki saat davam edib.

Görüş qapalı şəraitdə baş tutub.

Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

19:32
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden ilk dəfə telekonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıblar.

Leqal.info TASS-a istinadən xəbər verir ki, liderlərin Ukrayna ətrafındakı vəziyyəti və strateji sabitlik məsələlərini müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd etdiyi kimi, Putinlə Bayden arasında ünsiyyət kifayət qədər uzun davam edə bilər.

İki lider arasında bugünkü söhbət Baydenin Amerika prezidenti vəzifəsinə başlamasından bugünədək beşinci söhbətdir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıblar, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib və hər iki tərəfin fikrincə, konstruktiv olub.скачать dle 10.6фильмы бесплатно
7-12-2021, 23:48
Baxıs: 26 110
Reyting: