TBMM-də türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı müzakirələr keçiriləcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi gələn həftə türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı Prezidentin təklifini müzakirəyə çıxaracaq.

"Leqal.info" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, türk hərbçilərinin Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı müzakirələr noyabrın 9-da keçiriləcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.скачать dle 10.6фильмы бесплатно
7-11-2021, 14:12
Baxıs: 29 901
Reyting: