Nazirlik repetitorların fəaliyyətinin qadağan ediləcəyi barədə məlumatlara münasibət bildirib

"Valideynlərin övladlarını repetitor yanına qoymaları məcburiyyət yox, seçimdir. Təhsil Nazirliyi hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkil olunmasını təmin edir".

Bu fikirləri Leqal.info-ya açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, bu, təhsilin bütün pillələrinə aiddir: "Valideyn bununla paralel olaraq, həmin xidmətlərdən istifadə edirsə, buna qadağa qoymaq bizim mandatımıza aid deyil. Düşünmürəm ki, repetitor yanına getmək məktəbdəki təhsilə inamsızlıqdan yaranır. Çünki bizdə vahid kurikulum sistemi olduğuna görə hər hansı sinifdə hansısa fənnin tədris saatı ilə bağlı fərq yoxdur. Ona görə də bölgə məktəbləri ilə Bakı məktəblərinin dərs keyfiyyətində fərq yoxdur”.скачать dle 10.6фильмы бесплатно
3-11-2021, 21:23
Baxıs: 46 380
Reyting: