allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir?

Bu günədək 460 min hektar sahədə taxıl biçilib - Məhsuldarlıq nə qədərdir? Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyunun 20-nə olan operativ məlumata görə, ölkə ərazisində 460 056,95 hektar ərazidə taxıl biçini aparılıb, 279 485,6 hektar ərazidə arpa, 180 571,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 1 432 433,1 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.
Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında da arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 900 hektar sahənin 14 870 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir. Füzuli ərazisində arpa əkilmiş 8505 hektar sahənin 8468 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib.
18:28
Baxıs: 8000
Reyting: