Hikmət Hacıyev Bərdəyə getdi

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bərdə və Tərtər rayonlarına yola düşüb.

Leqal.info xəbər verir ki, bu barədə o, tvitter səhifəsində bildirib.

“Biz beynəlxalq KİV-ə və diplomatik korpusa Ermənistanın heç bir günahı olmayan dinc sakinlərə qarşı qəsdən hərbi cinayətlərini göstərmək üçün Bərdə və Tərtərə gedirik. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Şəfqət üçün diplomatik korpusumuza təşəkkür edirik!”, - deyə Hacıyev yazıb.
Hikmət Hacıyev Bərdəyə getdiскачать dle 10.6фильмы бесплатно
29-10-2020, 10:50
Baxıs: 34 841
Reyting: