allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info “Azərsu” ASC-də nələr baş verir? » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

“Azərsu” ASC-də nələr baş verir?


"AZƏRSU"Da “pulyığma” kampaniyasına start verilməsinə səbəb nədir?
“Azərsu” ASC-də nələr baş verir?
Söhbət ötən yazılarımızda haqqında ifşaedici faktlar təqdim etdiyimiz “Azərsu” ASC-nin sədr əvəzi Köçərli Həsənovun “pulyığma” kampaniyasından gedir.
Son vaxtlar Köçərli Həsənovun adı medianın gündəmindən düşmür. Ayrı-ayrı saytlarda K.Həsənovun qeyri-qanuni əməlləri ilə bağlı yeni-yeni yazılar təqdim edilir.
“Azərsu”dakı mənbənin verdiyi məlumata görə, Köçərli Həsənov müxtəlif pul mənbələrini axtarma cəhdlərini davam etdirir. Aydın məsələdir ki, həmin vəsait şəhid ailələri, qazilər, uşaq evləri üçün və ya hansısa digər xeyriyyə məqsədi ilə deyil, məhz yüksək vəzifə əldə etmək, daha dəqiq desək, “Azərsu” ASC-yə sədr təsdiq olunması üçün “dayısı”nın tapşırığı ilə toplanır.
Həmin pul mənbələrindən biri –K.Həsənovun qudası Misirin qanunsuz əməlləri haqqında məlumat vermişdik. Misir həyata keçirdiyi tunel qazıntısında, on milyonlarla pul vəsaitini mənimsəmiş, hətta bildirilir ki, “Azərsu” ASC ilə bağlı cinayət işlərinə görə, müvafiq orqanlara çağırılıb izahatı da alınmışdır. Onu da qeyd etmək lazımdır ki, “Azərsu”da cinayət işi açılmış 20-yə yaxın təşkilatdan ən böyük vəsait Misirin şirkətinə verilmişdir.
K.Həsənovun ikinci pul mənbəsi İlham Quliyevdir ki, onun ödədiyi “ianə” haqqında əvvəlki yazılarımızda məlumat vermişdik.
K.Həsənov kimi bir dırnaqarası peşəkarın “mələk” kimi, yəni çox təmiz adam cilidində təqdim etdiyi “dayı”sı ilə bağlı ayrıca bir yazıda məlumat təqdim edəcəyik.
Mənbənin məlumatına görə, K.Həsənov “Azərsu”da öz xüsusi planlarını həyata keçirmək üçün şəbəkə yaradıb. Şəbəkə üzvlərinin adlarını təqdim edirik:
1. “Şahnazaryan” ləqəbli Mövsüm
2. “Qaloş” ləqəbli Anar
3. “Satqın” ləqəbli İlyasov
4. Və bunları idarə edən “Çörçill” ləqəbli İlham Quliyev....
Böyük bir kollektivi görün kimlər idarə edir?
“Azərsu” ASC-nin kollektivi ümid edir ki, ölkə başçısı, Baş nazir kollektivin bu cür yarıtmaz adamlardan təmizlənməsi üçün müvafiq tapşırıqlar verəcəklər. Həmçinin, “Azərsu” ASC-nin qadın əməkdaşları çox sevdikləri, özlərinə ana, bacı bildikləri Birinci xanım Mehriban Əliyevadan kömək gözləyirlər.
Növbəti yazılarımızda Köçərli Həsənovun oğluna aldığı bahalı maşınlardan (Qalenvaqen və sair) eləcə də digər saxtakarlıqlarla bağlı yeni faktlardan bəhs edəcəyik..
Bizi izləyin.....
Azia.az
13:44
Baxıs: 8560
Reyting: