Seninem.Az > Kriminal / Manşet Yuxarı > Azərbaycanda məhkəmə sədri vəfat edib

Azərbaycanda məhkəmə sədri vəfat edib


Tarix: 20-12-2021, 20:28. Müəllif: admin
Azərbaycanda məhkəmə sədri vəfat edib.

Bu barədə Leqal.info-ya Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt