Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 1 242 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Azərbaycanda daha 1 242 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb


Tarix: 6-08-2021, 16:00. Müəllif: admin
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 349 316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334 258 nəfər müalicə olunaraq sağalıb, 5 051 nəfər vəfat edib. 10 007 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 819, bu günə qədər isə ümumilikdə 4 094 565 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt