"Kimsənin torpağına göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur"

"Biz haqsızlıq qarşısında susanlar olmadıq, olmayacağıq. Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur. Çünki biz harda ədalətsizlik varsa, səsini çıxaran cəsarətli millətin nümayəndəsiyik".

“Leqal.info” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

"Əziz qardaşım, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Qarabağ otuz ildən sonra azad oldu. 44 günlük Vətən müharibəsi ağır, texnologiya və cəsarət birləşdiyi halda nələrə qadir ola biləcəyimizi bütün dünyaya göstərdi.

Zaman artıq torpaqlarda sabitlik və sülh tarixi yazmaq vaxtıdır. Gələcəyimizi birlikdə təmin etməliyik. Müharibədə olduğu kimi, sülhdə də Azərbaycanın yanındayıq. Azərbaycanın Ermənistanla əlaqələri normallaşdırmaq səylərini dəstəkləyirik".скачать dle 10.6фильмы бесплатно
28-05-2022, 15:57
Baxıs: 28 131
Reyting: