Azərbaycanda son sutkada 21 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 21 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Ümumilikdə 792 412 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 584 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 522, ötən müddət ərzində isə ümumilikdə 6 780 926 test aparılıb.скачать dle 10.6фильмы бесплатно
20-04-2022, 21:13
Baxıs: 36 361
Reyting: