Parklanma qaydalarının pozulmasına görə cərimələrin iki dəfə artırılması ilk oxunuşdan keçdi

Azərbaycanda parklanma qaydalarının pozulmasına görə cərimələrin iki dəfə artırılması barədə layihə I oxunuşda qəbul edilib.

Leqal.info-nun xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə cəimə 10 manatdan 20 manata qaldırılır.

Digər dəyişikliklə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə cərimə 10 manatdan 20 manata çatdırılır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.скачать dle 10.6фильмы бесплатно
1-02-2022, 13:00
Baxıs: 23 999
Reyting: