Azərbaycan və Türkiyə prezidentləri Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan həmkarları İlham Əliyev, Kasım-Jomart Tokayev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

"Prezident Ərdoğan Azərbaycan, Qırğızıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Sadır Japarov və Şavkat Mirziyoyev ilə danışıqlar zamanı sabitlik və təhlükəsizliyin region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb. O, qardaş Qazaxıstanın bu problemin öhdəsindən dialoq yolu ilə gələcəyinə əminliyini ifadə edib”, - Türkiyə prezidentinin ofisinin yaydığı bəyanatda deyilir.

Tokayevlə danışıqlar zamanı Ərdoğan qeyd edib ki, o, qardaş və dost Qazaxıstanda baş verən hadisələrin inkişafını diqqətlə izləyir, həlak olanların yaxınlarına başsağlığı verir və yaralıların sağalmasını arzulayır.

Prezident Ərdoğan Qazaxıstanla həmrəy olduğunu bildirib və vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləyir.

"Lazım gələrsə, Türkiyə istənilən texniki bilik və təcrübə mübadiləsinə hazırdır”, - Ərdoğan qeyd edib.скачать dle 10.6фильмы бесплатно
6-01-2022, 20:56
Baxıs: 36 274
Reyting: