Azərbaycanda daha 2 025 nəfər koronavirusa yoluxub, 22 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 nəfər vəfat edib. 30 336 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, bu günə qədər isə ümumilikdə 5 392 281 test icra olunub.скачать dle 10.6фильмы бесплатно
17-11-2021, 17:00
Baxıs: 46 964
Reyting: