Konfrans Liqası: "Qarabağ" Şotlandiya klubunu məğlub edib

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın "Aberdin" klubu ilə üz-üzə gəlib.

Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşə meydan sahibləri üstün başlayan tərəf olub. 7-ci dəqiqədə Toral Bayramovun zərbəsini Co Lüis dəf edib. 25-ci dəqiqədə Qara Qarayevin uzaq məsafədən zərbəsi qapının yanından keçib. "Köhlən atlar" 30-cu dəqiqədə hesabı açmağa müvəffəq olub. İspaniyalı yarımmüdafiəçi Xayme Romero rəqib müdafiəçini aldatdıqdan sonra topu qapıdan keçirib.

İlk yarının sonlarında "Aberdin" ara-sıra hücumlar qurmağa çalışsa da, çərçivəyə düşməkdə çətinlik çəkib.

İkinci hissədə də "Qarabağ" oyuna daha çox nəzarət etsə də, başqa qol vurulmayıb. 85-ci dəqiqədə Kristian Ramiresin zərbəsindən sonra qapıçı Şahruddin Məhəmmədəliyev topu asanlıqla tutub. Sonuncu dəqiqələrdə Marko Veşoviç qapıçı ilə təkbətək qalsa da, fərqi artıra bilməyib. Beləliklə, "Qarabağ" Konfrans Liqasında üçüncü qələbəsini də minimal hesabla qazanıb.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.



21:05
"Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.

Komandanın heyətində 30-cu dəqiqədə Xayme Romero fərqlənib.

20:50
"Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən ilk oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Komandanın heyətində Xayme Romero 30-cu dəqiqədə topu rəqib qapısından keçirib.

20:30
"Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Xayme Romero 30-cu dəqiqədə topu rəqib qapısından keçirib.

20:00
Bakıda "Qarabağ" və Şotlandiyanın "Aberdin" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

"Report"un məlumatına görə, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı Rade Obrenoviç başçılıq etdiyi hakimlər briqadası idarə edir.скачать dle 10.6фильмы бесплатно
19-08-2021, 22:44
Baxıs: 35 199
Reyting: