Ərəblərin Qaxdakı çadırları söküldü

Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb.

Leqal.info xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.

Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.

Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.

Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.

Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.скачать dle 10.6фильмы бесплатно
26-03-2021, 22:18
Baxıs: 35 508
Reyting: