Bu dövlət rüsumlarının məbləği azaldılır

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi və vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin təsdiqi üçün tələb olunan dövlət rüsumunun məbləğinin azaldılması təklif edilir.

Leqal.info xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur. Belə ki, qanunun 10.18-ci maddəsində “2 manat və sənədlərdən sürət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə” sözləri “1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə” sözləri ilə əvəz ediləcək.

Beləliklə sözügedən məbləğ 2 manatdan 1,5 manata endirilir.

Qeyd edək ki, bu qanuna dəyişiklik Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Qanun 2021-ci ilin martın 1-dən qüvvəyə minəcək.скачать dle 10.6фильмы бесплатно
22-01-2021, 19:14
Baxıs: 37 842
Reyting: