allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bu, müəllimlərə əsl bayram hədiyyəsi olardı – Deputat » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bu, müəllimlərə əsl bayram hədiyyəsi olardı – Deputat

 Bu, müəllimlərə əsl bayram hədiyyəsi olardı – Deputat

Bu gün müəllimlərin ən böyük problemlərindən biri mənzil problemidir.

Arazxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Müəllimlərin problemlərindən danışan millət vəkili onların güzəştli ipoteka kreditləşməsindən yararlana bilməsi üçün çağırış edib:

“İki müəllimin övladı olaraq bu peşənin çox çətin, amma ən gözəl peşə olduğunu yaxşı bilirəm. Bizi yetişdirən, öyrədən müəllimlərimizi narahat edən bəzi məsələləri, onların təkliflərini buradan səsləndirmək istəyirəm. Müəllimlərlə görüş zamanı onlar bu təkliflərin həllini tapmasını xahiş edirlər. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərinin şərtləri onlar üçün ağır olduğudan bundan yararlana bilmirlər. İpoteka kreditləri, o cümlədən prezidentin sosial evlərlə bağlı imzaladığı sənəd və tapşırıqlar çox önəmlidir. İnanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq”.

Deputat müəllimlərin ipotekadan yararlana bilməməsinin səbəbini belə izah edib:

“İpoteka kreditinin şərtlərinə görə, ondan yalnız yaşı 35-dən aşağı olan müəllimlər, gənc ailələr yararlana bilər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipoteka ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. əsas gətirilir. Orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var. Onlar da ipotekadan güzəştli qaydada və sosial evlərdən yararlanlar qrupuna daxil edilməlidir. Məsələn, 20 ilə yaxın və ondan çox iş stajı olan müəllimlərin güzəştli ipotekadan istifadə edən qruplara daxil edilməsi müəllimlərə əsl bayram hədiyyəsi ola bilər. Bu eyni zamanda, gənclərin həyatını müəllimlik peşəsinə həsr etməsində önəmli stimullardan biri olar”.
15:31
Baxıs: 8160
Reyting: