Xocalıdakı radiolokasiya stansiyası məhv edilib

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmənin bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 (ST-68U) radiolokasiya stansiyası məhv edilib.

"Leqal.info" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Qeyd edək ki, Ordumuzun məhv etdiyi 19J6 RLS qanadlı raketlər də daxil olmaqla hava hədəflərini aşkarlamaq, tanımaq və izləmək üçün nəzərdə tutulur.

Radar, həmçinin, hava həfədlərini və koordinatlarını, onun dövlət mənsubiyyətini və fəal maneə mənbələrini təyin etməyə imkan verir. Mürəkkəb meteoşəraitdə və aşağı yüksəklikdəki hədəfləri aşkarlayan və izləyən 19J6 RLS-in müasir Avtomatlaşdırılan İdarəetmə Sistemləri (AİS) ilə inteqrasiyası mümkündür", - nazirlikdən bildirilib.скачать dle 10.6фильмы бесплатно
10-10-2020, 11:33
Baxıs: 31 555
Reyting: